Ümumi

Azərbaycanda işsizlik problemi

Azərbaycanda işsizlik problemi bir çox insanı ciddi şəkildə narahat edir. Ölkədə minlərlə insan iş axtarır. Bu şəxslərin əksəriyyətinin diplomu, bacarığı, hətta real iş təcrübəsi belə var. Amma iş yenə də yoxdur. Bu vəziyyət düşündüyümüz qədər sadə səbəblərlə bağlı deyil.

Əgər sən də bu cümləni içindən keçirmisənsə: “Mən bacarıram, amma heç kim dəyər vermir”,
onda bu yazı sənin üçündür.

İşsizlik nədir və bu vəziyyətə necə yanaşmalıyıq?

İşsizlik çox zaman sadəcə “iş yoxdur” demək deyil. Bu, bəzən insanın özünü ifadə edə bilməməsi, potensialını göstərməkdə çətinlik çəkməsinin nəticəsi ola bilər. Əgər bir şəxs bacarıqlıdırsa, amma bu bacarığını qarşı tərəfə çatdıra bilmirsə, demək ki, o görünmür. Nəticə etibarilə heç kim onu işə götürmür. Bu da işsizliyin əsas səbəblərindən biridir.

Müasir əmək bazarında artıq təkcə “bilmək” kifayət etmir. Oyunun qaydaları dəyişib. Bu gün “görünən, seçilən olur”.

İki nəfər, eyni təcrübə – fərqli nəticələr

Təsəvvür edin: iki nəfər eyni sahədə təhsil alıb, eyni sayda kursa gedib və bənzər təcrübəyə malikdir. Onlardan biri öz CV-sini elə şəkildə yazıb ki, oxuyan şəxsdə maraq oyadır – “bu insan kimdir?” düşündürür. Digəri isə sadəcə faktları sıralayıb: təhsil, təcrübə, bacarıqlar…

Nəticədə biri iş təklifi alır, digəri isə sadəcə “əlaqə saxlayarıq” cavabı ilə kifayətlənməli olur. Bu vəziyyət haqsızlıq deyil, bu, təqdimat bacarığıdır.

Bu gün CV, LinkedIn profili və portfoliolar sadəcə sənəd deyil, onlar insanın şəxsi brendidir. İnsan özünü düzgün təqdim etməyi bacarmalıdır.

Özünü ifadə etməyi bacarmırsansa…

Sən çox bacarıqlı proqramçı ola, yaxud dizayn sahəsində yaradıcı fikirlərə atası ola bilərsən, amma bu bacarıqları düzgün ifadə edə bilmirsənsə, qarşı tərəf səni necə tanısın?

Ən pis hallardan biri odur ki, insanlar bacardıqlarından qat-qat aşağı maaşlı və ya ixtisasla əlaqəsi olmayan işlərdə çalışmalı olurlar. Sadəcə görünə bilmədikləri üçün…
Bu, sanki nadir və dəyərli bir kitabın sadəcə üzərindəki tozlara baxılıb rəfdə saxlanması kimidir. Açılıb oxunmadan…

Nə etmək lazımdır?

Əgər sən də bu vəziyyətdəsənsə, iş tapmaq üçün ilk addım CV göndərmək deyil. Əvvəlcə özünü tanımalı, sonra isə təqdim etməyi öyrənməlisən. Necə deyərlər “Özünü, bacarıqlarını satmağı bacarmalısan!”

Bu 4 sadə addımı tətbiq etməklə sən də fərq yarada bilərsən:

  1. Özünü tanı: Nəyi yaxşı bacarırsan? Hansı sahədə fərqlənirsən?
  2. Özünü göstər: Sənin CV-n, LinkedIn profilin, müsahibədəki danışığı, hamısı sənə aid “vizit kart”dır.
  3. Daim öyrən: Yeni bacarıqlar yeni imkanlar yaradır. Hətta bir qısa kurs belə səni digərlərindən fərqləndirə bilər.
  4. Danış, paylaş, fərqlən: Özünü tərifləmək deyil, doğrularını və dəyərini çatdırmaqdır məsələ.

İşsizlik keçici ola bilər

Unutma ki, ən bacarıqlı insanlar həmişə iş tapanlar olmur. Özünü düzgün təqdim edən insanlar iş tapanlar olur. Əgər bu gün sən də “işsizəm” deyirsənsə, özündən soruş: Mən özümü necə tanıdıram? Tanıdırammı?.. Çünki bəzən problem sən deyilsən. Sadəcə sən hələ görünməmisən.

İndi başla.
– CV-nə yeni bir baxışla yanaş.
– LinkedIn profilini təkmilləşdir.
– Portfolionu yenilə.
– Və ən əsası özünü gizlətmə.

Dəyərini göstər. Çünki dəyər göstərilmədikcə görülmür.


Günel Vaqifli Məmmədova

Sözlərin gücünə inanan və hər bir mətnin arxasında duran emosiyaları hiss etməyi sevən bir kontent menecerəm. Adım Günel Vaqifli Məmmədovadır və SEO sahəsində 5 ildən çox təcrübəyə sahibəm. Bu müddət ərzində Azərbaycanın aparıcı şirkətləri üçün yüksək keyfiyyətli və SEO-ya uyğun məzmunlar hazırlayaraq, onların axtarış sistemlərində daha görünən olmalarına kömək etmişəm. Xüsusilə e-ticarət, bank, tuzim, texnoloji cihazlar və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin veb-saytları üçün məqalələr və bloq yazıları hazırlamaqla yanaşı, son 2 ildir kontent komandasına rəhbərlik edirəm. Google Search Console, Ahrefs, GA4, SEMrush kimi SEO alətlərindən istifadə edə, həmçinin Magento, WordPress, WooCommerce, OpenCart kimi platformalarda işləyə bilirəm. Mənim üçün hər bir məqalə, yalnız axtarış sistemlərində yüksək mövqelər tutmaq üçün deyil, həm də oxuculara dəyərli məlumat vermək üçün yazılır. Məqsədim informasiyanın dəqiqliyini təmin etməklə yanaşı, oxucuların marağını oyatmaq və onlara fayda verməkdir. Bu platformada təcrübələrimi, biliklərimi və yaradıcı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki inanıram ki, sözlər yalnız məlumat daşıyan simvollar deyil, həm də insanları birləşdirən, onlara ilham verən və yeni dünyalar kəşf etməyə kömək edən bir vasitədir. Mənimlə əlaqə saxlamaq və daha çox məlumat əldə etmək üçün sosial media hesablarımdan və ya e-mail ünvanımdan istifadə edə bilərsiniz. Gəlin, birlikdə yeni dünyalar yaradaq!

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Share via
Copy link