Dijital

Semantik SEO nədir?

SEO dünyası sürətlə dəyişir. Əgər hələ də SEO-nun sadəcə açar sözlərə əsaslandığını düşünürsənsə, 2025-ci ildə artıq bunun kifayət etməyəcəyini anlamalısan.

İndi Google artıq sənin nə yazdığını deyil, nə istədiyini anlamağa çalışır. Google-un algoritmləri istifadəçinin niyyətini başa düşmək üçün çox daha ağıllı oldu. Bu dəyişikliklər isə semantik SEO anlayışını ortaya çıxardı.

Semantik SEO: Sadəcə sözlər deyil, məna önəmlidir

Semantik SEO, məzmunun yalnız açar sözlərə deyil, mövzunun kontekstinə, istifadəçi niyyətinəəlaqəli anlayışlara əsaslanaraq optimizasiya edilməsidir. Google artıq məzmunun sadə açar sözlərlə zəngin olmasına baxmır. Əsas olan məzmunun dərinliyiistifadəçiyə verdiyi dəyərdir.

Məsələn, “qəhvənin faydaları” haqqında yazırsansa, sadəcə “qəhvə faydalıdır” yazmaq yetərli deyil. Google və oxucu sənə nə üçün faydalıdır, kimə faydalıdır, necə içilməlidir, hansı hallarda zərərli ola bilər kimi sualları cavablandırmanı gözləyir. Bu cür əlaqəli məlumatlar semantik SEO-nu gücləndirir.

Klassik SEO və Semantik SEO arasındakı fərq

Klassik SEO

Əvvəllər SEO üçün əsas məsələ açar sözlərin mətnə neçə dəfə yerləşdirildiyi idi. Məqalənizi yazdığınız zaman açar sözlərin təkrarı və başlıqların uyğunluğu çox vacib sayılırdı.

Semantik SEO

Bu gün SEO-nun semantik tərəfi önə çıxır. Bu, məqsədli və əlaqəli məzmun yaratmaq deməkdir. Açar sözlərin təkrarı ilə yanaşı, onların əlaqəli anlayışlar ilə birlikdə yazılması vacibdir. Google artıq sadəcə sözlərin sıxlığına deyil, məqalənin dərinliyinəistifadəçi niyyətinə diqqət yetirir.

Semantik SEO yazarkən nələrə diqqət etməlisən?

1. Düşüncə tərzini dəyiş

Əgər hələ də SEO-nu açar sözlərin yerinə yetirilməsi kimi düşünürsənsə, dəyişməlisən. Artıq məqsəd yalnız doğru açar sözləri yerləşdirmək deyil. Məqsəd istifadəçinin nə istəyini anlamaq və ona uyğun cavablar təqdim etməkdir.

2. Əlaqəli anlayışlardan istifadə et

Mövzunu yalnız bir açar sözlə bağlamaq kifayət etmir. Əlaqəli sözlərkontekstual terminlər ilə məzmunu zənginləşdirmək vacibdir. Bu həm məzmunun zənginliyini artırar, həm də Google-a göstərər ki, sən bu mövzuda dərin biliklərə maliksən.

3. Sual-cavab strukturu qur

İnsanlar axtarış etdikdə tez-tez suallar verirlər. Bu səbəbdən məqalənizin içində FAQ (Frequently Asked Questions) bölməsi yaratmaq faydalı olacaq. Əgər istifadəçi “qəhvənin faydaları” barədə axtarırsa, ona həm faydalar, həm də istifadə qaydaları haqqında cavab verə biləcəyiniz bir məqalə təqdim etməlisiniz.

4. Sadə, anlaşılan dil istifadə et

Məzmunu yazarkən mürəkkəb dil və çoxlu terminlərdən qaçın. Aydınsadə dil istifadə etmək həm oxucunun saytda qalmasına, həm də Google-un saytı müsbət qiymətləndirməsinə səbəb olar. Məqsəd insanların məzmundan fayda əldə etməsidir, buna görə də heç bir “ağır” dilə ehtiyac yoxdur.

Semantik SEO-nun üstünlükləri

  • Daha uzunmüddətli reytinq: Google yalnız açar sözlərin sıxlığına deyil, məzmunun nə qədər dərin və faydalı olduğuna baxır.
  • Axtarış nəticələrində daha yaxşı görünürlük: Semantik SEO sayəsində məzmun yalnız bir açar sözlə deyil, istifadəçinin axtarış niyyətinə uyğun mövzularla əlaqəli olaraq yaxşı indeksləşdirilir.
  • Daha çox müştəri cəlb etmək: Dəyərli, doğru və dolğun məzmun oxucunun saytda qalma müddətini artırır və onları müştəriyə çevirir.

Günel Vaqifli Məmmədova

Sözlərin gücünə inanan və hər bir mətnin arxasında duran emosiyaları hiss etməyi sevən bir kontent menecerəm. Adım Günel Vaqifli Məmmədovadır və SEO sahəsində 5 ildən çox təcrübəyə sahibəm. Bu müddət ərzində Azərbaycanın aparıcı şirkətləri üçün yüksək keyfiyyətli və SEO-ya uyğun məzmunlar hazırlayaraq, onların axtarış sistemlərində daha görünən olmalarına kömək etmişəm. Xüsusilə e-ticarət, bank, tuzim, texnoloji cihazlar və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin veb-saytları üçün məqalələr və bloq yazıları hazırlamaqla yanaşı, son 2 ildir kontent komandasına rəhbərlik edirəm. Google Search Console, Ahrefs, GA4, SEMrush kimi SEO alətlərindən istifadə edə, həmçinin Magento, WordPress, WooCommerce, OpenCart kimi platformalarda işləyə bilirəm. Mənim üçün hər bir məqalə, yalnız axtarış sistemlərində yüksək mövqelər tutmaq üçün deyil, həm də oxuculara dəyərli məlumat vermək üçün yazılır. Məqsədim informasiyanın dəqiqliyini təmin etməklə yanaşı, oxucuların marağını oyatmaq və onlara fayda verməkdir. Bu platformada təcrübələrimi, biliklərimi və yaradıcı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki inanıram ki, sözlər yalnız məlumat daşıyan simvollar deyil, həm də insanları birləşdirən, onlara ilham verən və yeni dünyalar kəşf etməyə kömək edən bir vasitədir. Mənimlə əlaqə saxlamaq və daha çox məlumat əldə etmək üçün sosial media hesablarımdan və ya e-mail ünvanımdan istifadə edə bilərsiniz. Gəlin, birlikdə yeni dünyalar yaradaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Share via
Copy link