UncategorizedDijital

Kopirayter kimdir?

Kopirayter gücünü sözlərdən alan, sözləri sənətə çevirən və onları təsirli hala gətirən peşəkardır. O, sadəcə yazıçı deyil, eyni zamanda, insan psixologiyasını anlayan, bazar araşdırması aparan və brendin mesajını ən effektiv şəkildə auditoriyaya çatdıran mütəxəssisdir. Bir kopirayterin işi, sadəcə bir məhsulu və ya xidməti tanıtmaq deyil, eyni zamanda oxucunun diqqətini çəkməkdir. Bunu bacarmaq isə məharət tələb edir. Çünki sözlər vasitəsilə satış etmək bacarığı marketinqi formalaşdıran əsas şeylərdən biridir. Kopirayterlər eyni zamanda yaradıcı yazardır. Onun əsas vəzifəsi reklam mətnləri, marketinq kontenti, sosial media postları, sloqanlar, veb-sayt məqalələri, e-poçt marketinq kampaniyaları və digər təsirli məzmunlar hazırlamaqdır.

Kopirayterlər fərqli sahələrdə fəaliyyət göstərə bilirlər:

  • Reklam agentlikləri – brendlər üçün cəlbedici reklam mətnləri hazırlayırlar.
  • Rəqəmsal marketinq komandaları – sosial media və veb-saytlar üçün kontent yaradırlar.
  • Freelans kopirayterlər – fərqli şirkətlərlə əməkdaşlıq edərək müxtəlif layihələr üzərində işləyirlər.

Peşəkar kopirayter yazdığı mətnlər vasitəsilə oxucunun diqqətini çəkir, həm də brendin səsini formalaşdırır.

Copywriter sözünün mənası

İngilis dilində “copywriter” anlayışı “reklam yazarı” və ya “marketinq kontenti yaradan şəxs” mənasını verir. Əslində bir çox axtarış sistemlərində bu peşə insanlar tərəfindən “Copywriter nədir?” deyə yazılaraq axtarılsa da, əslində düzgün sual qaydası “Copywriter kimdir?” olmalıdır. Qeyd etdiyimiz kimi copywriter müxtəlif mövzularda cəlbedici, diqqətçəkən mətnlər yazan şəxsdir.

Copywriterlər copywriting prosesi zamanı təkcə mətn yazmaqla kifayətlənmirlər. Onlar:

  • İnsan psixologiyasını və alıcı davranışlarını öyrənirlər.
  • Hədəf auditoriyanı analiz edirlər.
  • Reklam strategiyalarına uyğun kreativ məzmunlar hazırlayırlar.
  • SEO qaydalarına uyğun mətnlər yazırlar ki, bu da veb-saytlara daha çox trafik cəlb etməyə kömək edir.

Copywriterlər televiziya və radio reklamlarından tutmuş, sosial media postlarına, e-poçt marketinq kampaniyalarına qədər geniş bir sahədə çalışırlar. Məsələn, böyük şirkətlərdə copywriting komandası brendin tonunu və üslubunu müəyyənləşdirərək məhsul və xidmətləri ən effektiv şəkildə təqdim etməyə çalışır.

Copywriterin əsas gücü sözlərdir. O, elə bir mətn hazırlamalıdır ki, oxucu ilk cümlədən maraqlansın və sonadək oxusun. Copywriting prosesinin ən mühüm xüsusiyyəti isə sadə və inandırıcı olmaqdır. Məsələn, bir məhsul haqqında quru faktlar vermək əvəzinə, copywriter həmin məhsulu alıcının ehtiyaclarına uyğun necə təqdim edəcəyini düşünməlidir.

Kopiraytinq nədir?

Kopiraytinq, marketinqin əsas hissələrindən biri olub, brendlərin auditoriyaya öz mesajlarını çatdırması üçün yazılı kontent yaratmaq prosesidir. Sadə dillə desək, bu sahə satışları və tanınmağı gücləndirən yazılı kommunikasiya sənətidir. Kopiraytinqin əsas məqsədi oxucunu cəlb etmək, ona nəsə hiss etdirmək və müəyyən bir addım atmasına səbəb olmaqdır.

Kopiraytinqin əsas istiqamətlərinə baxaq:

  1. Reklam kopiraytinqi – sloqanlar, banner reklamları, televiziya və radio mətnləri.
  2. SEO kopiraytinqi – axtarış motorlarında (Google, Bing və s.) yüksək nəticə əldə etmək üçün açar sözlərə uyğun optimallaşdırılmış məqalələr.
  3. Sosial media kopiraytinqi – Facebook, Instagram, LinkedIn, Twitter və digər platformalar üçün qısa və təsirli mətnlər.
  4. E-poçt marketinq kopiraytinqi – potensial müştərilərlə əlaqəni gücləndirmək üçün yazılan e-poçt kampaniyaları.
  5. Veb-sayt kopiraytinqi – məhsul təsvirləri, açılış səhifələri və brend haqqında məlumat mətnləri.

Peşəkar kopirayterlər mətn yazarkən emosional və psixoloji təsir faktorlarını nəzərə alırlar. Çünki insanları alışa yönləndirən əsas güc məhz hisslərdir. Məhz buna görə də peşəkar kopirayter sözlərlə satış etmək bacarığına sahib olmalıdır.

Günel Vaqifli Məmmədova

Sözlərin gücünə inanan və hər bir mətnin arxasında duran emosiyaları hiss etməyi sevən bir kontent menecerəm. Adım Günel Vaqifli Məmmədovadır və SEO sahəsində 5 ildən çox təcrübəyə sahibəm. Bu müddət ərzində Azərbaycanın aparıcı şirkətləri üçün yüksək keyfiyyətli və SEO-ya uyğun məzmunlar hazırlayaraq, onların axtarış sistemlərində daha görünən olmalarına kömək etmişəm. Xüsusilə e-ticarət, bank, tuzim, texnoloji cihazlar və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin veb-saytları üçün məqalələr və bloq yazıları hazırlamaqla yanaşı, son 2 ildir kontent komandasına rəhbərlik edirəm. Google Search Console, Ahrefs, GA4, SEMrush kimi SEO alətlərindən istifadə edə, həmçinin Magento, WordPress, WooCommerce, OpenCart kimi platformalarda işləyə bilirəm. Mənim üçün hər bir məqalə, yalnız axtarış sistemlərində yüksək mövqelər tutmaq üçün deyil, həm də oxuculara dəyərli məlumat vermək üçün yazılır. Məqsədim informasiyanın dəqiqliyini təmin etməklə yanaşı, oxucuların marağını oyatmaq və onlara fayda verməkdir. Bu platformada təcrübələrimi, biliklərimi və yaradıcı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki inanıram ki, sözlər yalnız məlumat daşıyan simvollar deyil, həm də insanları birləşdirən, onlara ilham verən və yeni dünyalar kəşf etməyə kömək edən bir vasitədir. Mənimlə əlaqə saxlamaq və daha çox məlumat əldə etmək üçün sosial media hesablarımdan və ya e-mail ünvanımdan istifadə edə bilərsiniz. Gəlin, birlikdə yeni dünyalar yaradaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Share via
Copy link