Sağlamlıq

Təşviş pozuntusu nədir?😰

Təşviş pozuntusu nədir? Təşviş pozuntusu yaşanan hər bir təhlükəyə bədənin və beynin verdiyi təbii reaksiyadır. Bu gün hər birimiz demək olar ki, bu problemlə üzləşirik. Bəzilərimiz onun nə olduğunu bilsək də, çoxumuz bundan bixəbərik. Dünyada milyonlarla insanın yaşadığı, amma çox az danışdığı bir problemdir təşviş pozuntusu. Digər şəkildə “anksiyete pozuntusu“, “sosial təşviş pozuntusu və ya emosional həssaslıqla müşayiət olunan təşviş pozuntusu” da deyə bilərik. Əksəriyyətimiz bu hissi “adi həyəcan” kimi qiymətləndirib keçsək də, bəzi insanlar üçün bu vəziyyət həyatın hər anına güclü təsir edən görünməz bir yükdür. Bəs təşviş pozuntusu əslində nədir?

Təşviş nədir?

Təşviş nədir? Təşviş təhlükə qarşısında bədənin və beynin verdiyi təbii reaksiyadır. Amma təşviş pozuntusu, bu reaksiyanın artıq real bir səbəb olmadan, uzun müddət davam etməsi və insanın gündəlik həyatını sözün əsl mənasında cəhənnəmə çevirməsidir. Daha aydın şəkildə izah etməli olsaq belə deyə bilərik ki, insan özünü təhlükədə hiss etmədiyi halda belə ürəyində həyəcan hiss edirsə, narahat olub qorxuya qapılırsa bu təşviş pozuntusudur.

Təşviş pozuntusu əlamətləri nələrdir?

Təşviş pozuntusunun əlamətləri çox vaxt gözlə görünmür, amma bədəni və zehni idayanmadan məşğul edir. Gəlin, təşviş pozuntusu əlamətləri ilə tanış olaq:

  • Səbəbsiz yerə həyəcan hissi
  • Dərin nəfəs almaqda çətinlik
  • Ürəkdə həyəcan, döyüntülərin sürətlənməsi
  • Əllərdə titrəmə və soyuqluq
  • Konsentrasiyanın zəifləməsi
  • Pis yuxu rejimi
  • Əzələlərdə daimi gərginlik
  • Göz kontaktından qaçmaq
  • Danışarkən səsin titrəməsi, fikrini ifadə edə bilməmək

Bunlar hamısı bir yerə yığılanda, həyat keyfiyyətini ciddi şəkildə azaldır. İnsan özünə qapanır, adi suallardan belə həyəcanlanır, ictimai yerlərdə danışmaqdan qaçır və daim “birdən nəsə pis olar”, “birdən mənə kobud cavab verərlər” kimi düşüncələr ilə özünü yeyib-bitirir.

Generalizə olunmuş təşviş pozuntusu

Təşviş pozuntusunun bir çox növü var. Onlardan biri də generalizə olunmuş təşviş pozuntusudur ki, bu pozuntu insanın gündəlik həyatda bir çox şeyə görə (iş, sağlamlıq, gələcək) həddindən artıq narahatlıq keçirməsi ilə xarakterizə olunur. Yəni bu narahatlıq spesifik bir şeyə yox, demək olar ki, hər şeyə aiddir. Bu insanlar hər gün sanki “təhlükəli bir şey olacaq” hissi ilə yaşayırlar.

Təşviş pozuntusu testi varmı?

Təşviş pozuntusu testi var. Bir çox insan bu narahatlığın adını belə bilmir. Amma xoşbəxtlikdən, təşviş pozuntusu testi vasitəsilə bu vəziyyəti tanımaq mümkündür. Sadə testlər vasitəsilə insanın həyəcan səviyyəsi, stresə reaksiyası və gündəlik narahatlıq halları ölçülə bilər. Əgər cavablar yüksək təşviş səviyyəsini göstərirsə, bu artıq peşəkar dəstəyinin almasının vacibliyini bildirən güclü siqnaldır.

Uşaqlarda təşviş pozuntusu

Təəssüf ki, bu problem təkcə böyüklərə aid deyil. Uşaqlarda təşviş pozuntusu da çox yayılıb və daha təhlükəlidir. Çünki uşaq öz hisslərini ifadə edə bilmədiyindən, valideynlər çox vaxt bu halı “uşaq inadkarlığı” kimi qəbul edirlər. Əslində isə uşaq məktəbdən qorxur, qaranlıqdan narahat olur, yad insanlarla ünsiyyətdə gərginlik yaşayırsa, bu təşviş pozuntusunun xəbərçisidir.

Səbəbsiz həyəcan, görünməz düşmən

Təşviş pozuntusunun əsas simptomlarından biri də səbəbsiz həyəcan hissidir. İnsan anlayır ki, ortada təhlükə yoxdur, amma bədəni və beyni tam əksinə reaksiya verir. Bu, beyindəki bəzi maddələrin (məsələn, serotonin) tarazlığının pozulmasından qaynaqlanır. Nəticədə insan istirahət etsə də, beynindəki “təhlükə siqnalı” sönmür.

Təşvişin yaranma səbəbləri

Təşvişin yaranma səbəbləri müxtəlif ola bilər. Amma əsas səbəb “uşaqlıq travmaları” olduğunu demədən keçə bilməyəcəm. Uşaqlıqdan bu yana valideyn qorxusu, valideyn idarəçiliyi altında böyüdülən uşaqların bir çoxunda bu problem var və hələ də davam edir. Əslində həmin insanların bu gün özlərinə bir yer edə bilməməsi, istədikləri mövqeyə çata bilməməsinin əsas səbəbləri də məhz bu travmalardan yaranan “təşviş pozuntusu”dur. Digər səbəbləri isə bu şəkildə sadalamaq olar:

  • Uşaq vaxtı yaşanan travmalar
  • Ailədaxili gərginlik və şiddət
  • Genetik meyillilik
  • Beyində kimyəvi maddələrin pozulması
  • Uzunmüddətli stress və yorğun həyat tərzi
  • Yuxusuzluq və düzgün olmayan qidalanma
  • Özünə qarşı sərt münasibət

Əgər insan bu səbəblərin bir neçəsini eyni vaxtda yaşayırsa, ürəkdə həyəcan və daimi narahatlıq qaçılmaz olur.

Həyəcanı aradan qaldırmaq yolları

Həyəcanı aradan qaldırmaq mümkündürmü? Bəli! Düzgün yanaşma ilə bu problemi azaltmaq, hətta tamamilə aradan qaldırmaq olar:

1. Psixoterapiya

Ən effektiv üsullardan biri psixoterapiyadır. Koqnitiv davranış terapiyası (CBT) mənfi düşüncə formalarını dəyişməyə kömək edir və təşvişi daha real gözlə qiymətləndirməyi öyrədir.

2. Nəfəs və bədən məşqləri

Stress zamanı sadə bir nəfəs texnikası:

  • 4 saniyə nəfəs al
  • 4 saniyə saxla
  • 4 saniyəyə nəfəsi ver
    Bu məşq gündə 2-3 dəfə təkrar olunsa, təşvişin səviyyəsi xeyli azalır.

3. Sağlam həyat tərzi

Yuxu rejiminə əməl etmək, fiziki aktivlik, balanslı qidalanma, şəkər və kofeindən uzaq durmaq, bədənlə bərabər zehni də rahatlaşdırır.

4. Mənfi düşüncələri dəyişdirmək

Beynində “birdən nəsə pis olar” dedikdə, özündən soruş:

  • “Əslində bu düşüncə realdırmı?”
  • “Ən pis halda nə ola bilər?”
  • “Başqası bu vəziyyətdə nə edərdi?”

5. Dərman müalicəsi

Ağır hallarda həkim nəzarəti altında dərman müalicəsi də faydalı ola bilər. Amma bu, təkbaşına yox, terapiya ilə birlikdə olmalıdır.

Özünü başa düşmək sağalmanın başlanğıcıdır!

Unutma: təşviş pozuntusu zəiflik deyil. Bu, sadəcə beynin verdiyi reaksiyadır. Sən tək deyilsən. Dünya üzrə milyonlarla insan bu hisslə mübarizə aparır. Amma fərq ondadır ki, bu problemi qəbul edib onunla düzgün mübarizə aparan insanlar daha sağlam və rahat həyat sürür.

Əgər sən də bu simptomlardan əziyyət çəkirsənsə, qorxma və utanma. Özünü günahlandırma. Təşviş pozuntusu testi vasitəsilə vəziyyətini qiymətləndir, bir mütəxəssislə danış və həyatını geri qaytar.

Günel Vaqifli Məmmədova

Sözlərin gücünə inanan və hər bir mətnin arxasında duran emosiyaları hiss etməyi sevən bir kontent menecerəm. Adım Günel Vaqifli Məmmədovadır və SEO sahəsində 5 ildən çox təcrübəyə sahibəm. Bu müddət ərzində Azərbaycanın aparıcı şirkətləri üçün yüksək keyfiyyətli və SEO-ya uyğun məzmunlar hazırlayaraq, onların axtarış sistemlərində daha görünən olmalarına kömək etmişəm. Xüsusilə e-ticarət, bank, tuzim, texnoloji cihazlar və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin veb-saytları üçün məqalələr və bloq yazıları hazırlamaqla yanaşı, son 2 ildir kontent komandasına rəhbərlik edirəm. Google Search Console, Ahrefs, GA4, SEMrush kimi SEO alətlərindən istifadə edə, həmçinin Magento, WordPress, WooCommerce, OpenCart kimi platformalarda işləyə bilirəm. Mənim üçün hər bir məqalə, yalnız axtarış sistemlərində yüksək mövqelər tutmaq üçün deyil, həm də oxuculara dəyərli məlumat vermək üçün yazılır. Məqsədim informasiyanın dəqiqliyini təmin etməklə yanaşı, oxucuların marağını oyatmaq və onlara fayda verməkdir. Bu platformada təcrübələrimi, biliklərimi və yaradıcı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki inanıram ki, sözlər yalnız məlumat daşıyan simvollar deyil, həm də insanları birləşdirən, onlara ilham verən və yeni dünyalar kəşf etməyə kömək edən bir vasitədir. Mənimlə əlaqə saxlamaq və daha çox məlumat əldə etmək üçün sosial media hesablarımdan və ya e-mail ünvanımdan istifadə edə bilərsiniz. Gəlin, birlikdə yeni dünyalar yaradaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Share via
Copy link